26 795

verilmiş ipoteka kreditlərinin sayı

1 321 967 220

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

31 099 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

25.06.2019

İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir

İpoteka və Kredit Zəmanət Fondu informasiya texnologiyalarına dair avadanlıqların və proqram təminatının alınması ilə bağlı açıq tender elan edir. 

Tender üzrə prosedurlar 24 iyul 2019-cu il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

a.    Satınalmada iştirak etmək üçün ərizə;

b.    İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

c.    Təklif;

d.    Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);

e.    iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri;

f.     İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;

g.    Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;

h.    İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;

i.      Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış

 

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

-         öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətli olması;

-     müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

-      satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi. 

Tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.

Tender üzrə icra müddəti: Satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 2 (iki) ay müddətində icra edilməli və mallar Fonda təhvil verilməlidir. 

Açıq tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub. 

Tenderdə iştirak haqqı 150 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra açıq tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcək: 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C   

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender üzrə ilkin sənədlər 10 iyul 2019-cu il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 23 iyul 2019-cu il tarixinədək qəbul ediləcək. 

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 133), Faks: (+99412) 598-11-77.

Satınalmalar komissiyası