26 795

verilmiş ipoteka kreditlərinin sayı

1 321 967 220

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

31 099 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

24.06.2019

İpoteka və Kredit Zəmanət Fondu elan edir

İpoteka və Kredit Zəmanət Fondu üçün investisiya xidmətlərinin satın alınması üzrə xidmət təkliflərinin cəlb olunmasının müddətlərində dəyişikliklər edilib. 

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq Satınalmalar komissiyası tərəfindən xidmət təkliflərinin cəlb olunmasının müddəti uzadılıb. 

Satınalma üzrə ilkin sənədlərin təqdim edilmə tarixi 07 iyul 2019-cu il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı 18 iyul 2019-cu il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Təklif zərfləri 19 iyul 2019-cu il saat 15.00-da Fondun inzibati binasında açılacaq. 

Təklifin qüvvədə olma müddəti 06 sentyabr 2019-cu il, təklifin təminatının qüvvədə olma müddəti 21 oktyabr 2019-cu il tarixinədək müəyyən edilib. 

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (-126) nömrəli telefona zəng etmək olar.                                     

Satınalmalar komissiyası