26 795

verilmiş ipoteka kreditlərinin sayı

1 321 967 220

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

31 099 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

11.06.2019

İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir

İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlak bazarında tələbin və kiçik və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdıran amillərin öyrənilməsinə dair sorğuların keçirilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı açıq tender elan edir.

 

Açıq tender 2 (iki) Lotdan ibarətdir:

-            Lot 1 -  Daşınmaz əmlak bazarında tələbin öyrənilməsinə dair ictimai sorğunun keçirilməsi üzrə xidmətlərin satın alınması;

-            Lot 2 - Kiçik və orta sahibkarların maliyyə resurslarına və xidmətlərinə tələbin, maliyyə xidmətlərinə çıxışı məhdudlaşdıran amillərin öyrənilməsinə dair sorğunun keçirilməsi üzrə xidmətlərin satın alınması.

 

Satınalma üzrə prosedurlar 26 iyul 2019-cu il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.

 

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

-          Tenderdə iştirak etmək üçün ərizə (hər Lot üzrə ayrı ərizə yazılmalıdır);

-          İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-          Hər lot üzrə ayrıca tender təklifi;

-          Hər lot üzrə ayrıca təklifin qiymətinin 1 faizi həcmində təminat (bank zəmanəti);

-          İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri;

-          Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilmə barədə əmr);

-          İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;

-          İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;

-          Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar.

 

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

-          öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

-          müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

-          satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

 

Açıq tenderin ‘sas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.

Tender üzrə icra müddəti: Satınalma müqaviləsinin icra müddəti 4 (dörd) ay müəyyən edilir.

 

Açıq tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunub.

 

Tenderdə iştirak haqqı hər lot üzrə 100 (bir yüz) manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra Açıq tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcək:

 

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender üzrə ilkin sənədlər 15 iyul 2019-cu il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 25 iyul 2019-cu il tarixinədək qəbul ediləcək.

 

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 126), Faks: (+99412) 598-11-77.                                

Satınalmalar komissiyası