26 641

verilmiş ipoteka kreditlərinin sayı

1 310 448 300

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

29 124 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

07.05.2019

İKZF-nin ipoteka istiqrazlarının 65 mln. manatlıq emissiyasının sonuncu tranşı yerləşdiriləcək

8 may 2019-cu il tarixində BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 20,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 013,3333 manat qiyməti ilə satışa çıxarılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 26 oktyabr 2018-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 65,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.