26 848

verilmiş ipoteka kreditlərinin sayı

1 324 736 210

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

38 799 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

28.02.2019

İpoteka və Kredit Zəmanət Fondunun yeni kredit reytinqi modelinin təqdimatı keçirilib

Fevralın 28-də İpoteka və Kredit Zəmanət Fondu (Fond) ilə “KPMG Azərbaycan” beynəlxalq audit şirkəti tərəfindən birgə yaradılan, qabaqcıl beynəlxalq praktikaya əsaslanan və daha dayanıqlı yeni kredit reytinq sisteminin (kredit reytinqi modeli) təqdimatı keçirilib.

Təqdimatda Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyinin, habelə bankların və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Yeni yaradılan kredit reytinqi modeli Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası”na uyğun olaraq hazırlanıb.

Tədbirdə bildirilib ki, kredit risklərinin minimuma endirilməsi məqsədilə yaradılan model sahibkarlıq subyektlərinin ödəmə qabiliyyətinin qiymətləndirilməsi və risk kateqoriyalarının müəyyən edilməsinə imkan yaradacaq. Qiymətləndirmə prosesi maliyyə və qeyri-maliyyə göstəricilərinin təhlili və erkən xəbərdarlıq siqnallarının ölçülməsi vasitəsilə aparılacaq.