26 795

verilmiş ipoteka kreditlərinin sayı

1 321 967 220

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

31 099 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

28.02.2019

İpoteka və Kredit Zəmanət Fondu satınalma elan edir

İpoteka və Kredit Zəmanət Fondu inzibati binasının və avadanlıqlarının sığortalanması ilə bağlı xidmət təkliflərinin cəlb olunması üzrə satınalma elan edir.

Satınalma üzrə prosedurlar 09 aprel 2019-cu il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.


Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

a.  satınalmada iştirak etmək üçün ərizə;

b.  iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

c.  təklif;

d.  təklifin qiymətinin 1 faizi həcmində təminat (bank zəmanəti);

e.  iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN) notariat qaydasında təsdiq edilmiş surətləri, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri;

f.  iddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;

g. satınalma təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;

h.  iddiaçının əmlak sığortası üzrə korporativ müştəriləri haqqında məlumat;

i.   yığılmış sığorta haqları və verilmiş sığorta ödənişləri haqqında məlumat ;

j.   iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;

k. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar);

l.   iddiaçının müvafiq sahə üzrə peşəkarlığını və təcrübəsini, eləcə də, texniki imkanlarını əks etdirən məlumatlar.


Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

-    öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

-    müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

-   satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;


Xidmət təklifləri sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.

Satınalmanın icra müddəti: Satınalma müqaviləsinin icra müddəti 1 (bir) il müəyyən edilir.

Xidmət təklifləri sorğusu Azərbaycan dilində tərtib olunub.

Satınalmada iştirak haqqı 50 (əlli) manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra satınalmanın xidmət təklifləri sorğusu malgöndərənlərə təqdim ediləcək:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalma üzrə ilkin sənədlər 28 mart 2019-cu il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 08 aprel 2019-cu il tarixinədək qəbul ediləcək.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 111), Faks: (+99412) 598-11-77.

                                                                                                                                                       

                                                                                                                                                     Satınalmalar Komissiyası