26 129

verilmiş ipoteka kreditlərinin sayı

1 276 713 531

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

26 184 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

27.11.2018

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının 65 mln. manatlıq emissiyasının ilk tranşının yerləşdirilməsi

29 noyabr 2018-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 25,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaqdır.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 26 oktyabr 2018-ci il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 65,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.