26 641

verilmiş ipoteka kreditlərinin sayı

1 310 448 300

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

29 124 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

01.03.2018

“Fitch Ratings” İKZF-nin reytinqini “BB+” səviyyəsində təsdiqləyərək proqnozu "stabil"ə yüksəldib


“Fitch Ratings” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini yenidən qiymətləndirib. Qiymətləndirməyə əsasən, Fondun uzunmüddətli xarici və milli valyutada defolt reytinqi “BB+” səviyyəsində  təsdiqlənib, proqnoz isə "neqativ"dən "stabil"ə yüksəldilib. 

Fondun reytinq üzrə proqnozunun dəyişməsi Azərbaycan Respublikasının ölkə reytinqinin dəyişməsi ilə əlaqədardır və Fondun dövlətlə sıx əlaqəsinin davam etməsini əks etdirir. 

Fondun reytinqi agentliyin "Dövlət Təşkilatlarına reytinqin verilməsi kriteriyaları”na əsasən ölkənin  suveren reytinqinə bərabər səviyyədə müəyyən olunub. Bu, Fondun kapitalının 100% dövlətə məxsus olması, Fondun fəaliyyətinin qeyri-kommersiya xarakterli olması və dövlətin iqtisadi siyasətində strateji əhəmiyyət kəsb etməsindən irəli gəlir. Bununla yanaşı, reytinq dövlət dəstəyi alətləri olaraq Fonda davamlı kapital ayırmalarının və Mərkəzi Bank tərəfindən Fondun emissiya etdiyi qiymətli kağızlara likvidlik dəstəyinin verilməsi ilə əsaslandırılır. Qeyd olunanlar orta müddətli perspektivdə Fondun fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi ilə bağlı reytinq agentliyinin mülahizəsini bir daha təsdiqləyir. 

Əsas Reytinq Göstəriciləri

Hüquqi status, mülkiyyət forması və nəzarət ox güclü" kimi qiymətləndirilir 

Fond dövlətə məxsus, qeyri-kommersiya təşkilatıdır.  Fond 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" ASC və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir. Fondun əməliyyatlarına dövlət nəzarəti üzvləri ölkə Prezidenti tərəfindən təyin edilən Himayəçilik Şurası vasitəsilə həyata keçirilir. Fond müflis elan edilə bilməz və yalnız Prezidentin qərarı ilə ləğv oluna bilər. 

Dəstək alətləri "çox güclü" kimi qiymətləndirilir

Təsis olunduğu vaxtdan etibarən Fond dövlətdən davamlı maliyyə dəstəyi alır və Mərkəzi Bank tərəfindən Fondun emissiya etdiyi qiymətli kağızlara likvidlik dəstəyi verilir. 2017-ci ilin sonuna dövlət tərəfindən ayrılmış vəsaitlərin kumulyativ həcmi 366 milyon manat təşkil edib. 2018-ci il üçün hökumət tərəfindən əlavə olaraq 100 mln. manat məbləğində kapital dəstəyi və 200 mln. manat məbləğində ipoteka istiqrazlarının emissiyası ilə bağlı Mərkəzi Bankın likvidlik dəstəyi müəyyən olunub. Fondun yeni mandatına uyğun olaraq, 2018-ci ilin dövlət büdcəsində sahibkarların banklardan aldıqları kreditlər üzrə hesablanmış faizlərinə subsidiyaların verilməsi məqsədilə əlavə 40 mln. manat məbləğində vəsait ayrılıb. Reytinq agentliyi ortamüddətli dövrdə də Fonda dövlət dəstəyinin davam edəcəyini düşünür. 

Fondun sosial-siyasi təsiri “çox güclü qiymətləndirilir

Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasının Azərbaycan üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, Agentlik  hesab edir ki, hökumətin mənzil siyasətində Fondun fəaliyyəti strateji əhəmiyyət kəsb edir. Fond ölkədə subsidiyalaşmış ipoteka kreditlərini təklif edən yeganə təşkilatdır. O həmçinin daxili ipoteka bazarında iqtisadi volatillik və faiz dərəcələrinin artması şəraitində yeganə mərkəzləşdirilmiş kreditor kimi fəaliyyət göstərir. 

Fondun maliyyə təsirləri “güclü” qiymətləndirilir

Fond daxili ipoteka kreditləri bazarında əhəmiyyətli market-meyker mövqeyinə malikdir və Mərkəzi Bankın likvidlik dəstəyindən faydalanır. 

Yeni mandat Fondun statusunu gücləndirir

2017-ci ilin dekabr ayında yenidən təşkilindən sonra iqtisadi inkişafı gücləndirmək və bu sahədə investisiya qoyuluşlarını təşviq etmək məqsədilə kiçik və orta sahibkarların yerli banklardan aldığı kreditlərə zəmanət və faiz subsidiyalarının verilməsi ilə Fondun fəaliyyəti genişləndirib. Bu, Fondun daxili kapital bazarındakı mövqeyini və iqtisadi siyasətin həyata keçirilməsində dövlət agenti rolunu gücləndirib. 

Dövlət tərəfindən dəstəklənən kredit profili

Agentliyin fikrinə görə, Fondun maliyyə vəziyyəti orta müddət ərzində sağlam olaraq qalacaq. Bu, müntəzəm dövlət dəstəyi və aşağı xərcli maliyyələşmə, yaxşı keyfiyyətli ipoteka portfeli və qənaətbəxş likvidlik mövqeyi ilə dəstəklənəcək.

Aşağıdakı keçid vasitəsilə Agentliyin təqdim etdiyi press-relizlə tanış ola bilərsiniz. 

https://www.fitchratings.com/site/pr/10021418