26 129

verilmiş ipoteka kreditlərinin sayı

1 276 713 531

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

26 184 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

31.08.2018

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı bildirişi elan edir:

 

          Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna yeni ATS-in qurulması ilə bağlı müvafiq avadanlığın alınması və qurulmasına dair təkliflər sorğusu üzrə müddətlərdə aşağıdakı dəyişikliklər edilmişdir:

 

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq Satınalmalar komissiyası tərəfindən Təkliflər sorğusunun Əsas şərtlər toplusunda dəyişikliklər edildiyindən satınalma üzrə təklif zərfləri və təklifin təminatı 13 sentyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Təklif zərfləri 14 sentyabr 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaqdır.

Təklifin qüvvədə olma müddəti 29 oktyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 11 dekabr 2018-ci il tarixinədək müəyyən edilmişdir.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (111) nömrəli telefona zəng etmək olar.

___________________________                                          

Satınalmalar komissiyası