26 848

verilmiş ipoteka kreditlərinin sayı

1 324 736 210

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

38 799 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

10.07.2018

İKZF-nin ipoteka istiqrazlarının 80 mln. manatlıq emissiyasının 4-cü tranşı yerləşdiriləcək

12 iyul 2018-ci il tarixində BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 20,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 007.0000 manat qiyməti ilə satışa çıxarılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 30 mart 2018-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 80,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Buraxılışın ilk emissiyası cari ilin 19 aprel tarixində yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.