26 848

verilmiş ipoteka kreditlərinin sayı

1 324 736 210

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

38 799 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

22.08.2017

"Azərbaycan İpoteka Fondu" ASC xidmət təkliflərinin cəlb olunması üzrə aşağıdakı satınalmanın müddətinin uzadılmasını elan edir

"Azərbaycan İpoteka Fondu" ASC-nin 2017-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi. 

Xidmət təkliflərinin cəlb olunması üzrə satınalmanın müddəti uzadılmışdır.

Satınalma üzrə ilkin sənədlər 05 sentyabr 2017-ci il saat 18.00-dək, təklif zərfləri isə 14 sentyabr 2017-ci il saat 18.00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Satınalma üzrə zərflər 15 sentyabr 2017-ci il saat 15.00–da Cəmiyyətin inzibati binasında açılacaqdır.

Təklifin qüvvədə olma müddəti 14 noyabr 2017-ci il, təklifin təminatının qüvvədə olma müddəti 29 dekabr 2017-cil tarixinədək olması müəyyən edilmişdir.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (130) nömrəli telefona zəng etmək olar.

Əsas elan üçün buraya keçin.

Satınalmalar Komissiyası