26 848

verilmiş ipoteka kreditlərinin sayı

1 324 736 210

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

38 799 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

20.07.2017

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti aşağıdakı SATINALMANI elan edir

“Azərbaycan İpoteka Fondu” ASC-nin 2017-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi ilə bağlı xidmət təkliflərinin cəlb olunması.

“Azərbaycan İpoteka Fondu” ASC (bundan sonra “Cəmiyyət”) Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli, 661 №-li Fərmanı ilə yaradılan və bütün səhmləri dövlətə məxsus olan hüquqi şəxsdir. Cəmiyyət barədə ətraflı məlumatları http://www.amf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar.

Satınalma üzrə prosedurlar 31 avqust 2017-ci il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.

Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

  • satınalmada iştirak etmək üçün ərizə;
  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • Təklif;
  • Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
  • iddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənəd və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
  • Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
  • iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar);
  • iddiaçının audit sahəsində peşəkarlığını və iş təcrübəsini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar. İddiaçılar öz təkliflərini geniş təqdim etməli, keçirəcəyi audit yoxlamasının metodoloji yanaşması barədə məlumat verməli, audit yoxlaması üzrə iş qrafikini, o cümlədən yoxlamaya cəlb olunacaq mütəxəssislərin qısa tərcümeyi halını (curriculum vitae) əlavə etməlidirlər. Eyni zamanda təqdim olunan ekspertlərin iddiaçının əməkdaşı olmasını təsdiq edən sənəd (e-gov.az portalından iş yeri barədə arayış).
  • Mərkəzi banklarda, kredit və iri dövlət təşkilatlarında auditin aparılması üzrə iş təcrübəsini təsdiq edən sənədlər.

Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • audit xidmətinin göstərilməsinə cəlb olunan auditorların milli (yerli) və beynəlxalq mühasibat uçotu və vergi qanunvericiliyi sahəsində peşəkar iş təcrübəsinə malik olması;
  • üzv olduğu audit qrupunun beynəlxalq səviyyədə tanınması və müvafiq reytinqə malik olması;
  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
  • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

 

Xidmət təklifləri sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir.

Xidmətin icra müddəti: Audit xidmətləri 27 noyabr 2017-ci il tarixindən başlanılmalı, audit yoxlamasına dair yekun hesabat və rəy isə 15 fevral 2018-ci il tarixinədək Cəmiyyətə təqdim edilməlidir.

Satınalmanın Xidmət təklifləri sorğusu Azərbaycan dilində tərtib olunmuşdur.

Satınalmada iştirak haqqı 150 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Cəmiyyətin aşağıdakı hesabına ödənildikdən sonra satınalmanın Xidmət təklifləri sorğusu malgöndərənlərə təqdim ediləcəkdir:

“Azərbaycan İpoteka Fondu" ASC

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalma üzrə ilkin sənədlər 21 avqust 2017-ci il tarixinədək, təklif zərfləri isə 30 avqust 2017-ci il tarixinədək qəbul ediləcəkdir.

Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq, satınalmanın qalibi Müşahidə Şurası tərəfindən təyin ediləcək və bundan sonra satınalmanın nəticəsi elan ediləcəkdir.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 130), Faks: (+99412) 598-11-77.

                                      

Satınalmalar komissiyası