26 848

verilmiş ipoteka kreditlərinin sayı

1 324 736 210

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

38 799 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

07.03.2017

"Azərbaycan İpoteka Fondu" ASC-nin ilk ipoteka istiqrazlarının 50 mln. manatlıq emissiyasının son tranşının yerləşdirilməsi

10 mart 2017-ci il tarixində BFB-də "Azərbaycan İpoteka Fondu" ASC-nin 20 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. İstiqrazlar 1003.50 manat qiyməti ilə satışa çıxarılacaqdır.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 21 noyabr 2016-cı il tarixində qeydə alınmışdır. Emissiyanın ümumi həcmi 50 000 000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.