26 795

verilmiş ipoteka kreditlərinin sayı

1 321 967 220

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

31 099 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

23.02.2012

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi baş tutmuşdur

23 fevral 2012-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının sonuncu 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.

Hərracda 3 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) dəfələrlə üstələyərək 36 497 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.
 
 Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 20 mln. manata çatmışdır.