Terminlər

1

Fond

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

2

Yaşayış sahəsi

Satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə Fondun satın aldığı və ya digər əsaslarla Fondun mülkiyyətinə keçən, vətəndaşların daimi yaşaması üçün yararlı daşınmaz əmlak

3

Kirayə müqaviləsi

bu Qaydanın 3.3-cü bəndinin tələbləri nəzərə alınmaqla, kirayə müddətində kirayəçiyə yaşayış sahəsini satın almaq hüququ verən və yaşayış sahəsini kirayəçinin istifadə etməsi, aylıq ödənişin müəyyənləşdirilməsi və ödənilməsi, habelə yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fondla kirayəçi arasında bağlanılan satmaq öhdəliyi ilə kirayə müqaviləsi

4

Ərizəçi

Kirayə müqaviləsinin bağlanılması üçün Fonda müraciət edən fiziki şəxs

5

Kirayəçi

Fondla kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşı

6

Ailə üzvləri

Ərizəçinin ər/arvadı, övladları və valideynləri

7

Evli

Nikaha daxil olmuş şəxs, habelə himayəsində azı bir uşağı olan tək valideyn

8

Subay

Nikaha daxil olmamış, nikahı pozulmuş (xitam verilmiş) himayəsində uşağı olmayan şəxs

9

Aylıq ödəniş

Kirayə müqaviləsinə əsasən, kirayəçinin Fonda aylıq qaydada ödədiyi məbləğ

10

Alış qiyməti

Kirayə müqaviləsinin müddətinin sonunadək kirayəçinin yaşayış sahəsini əldə etmək üçün ödəməli olduğu aylıq ödənişlərin cəmi

11

Kredit bürosu

“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış hüquqi şəxs

12

Kredit tarixçəsi

Məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq ərizəçinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lazım olan digər məlumatların məcmusu

13

Qabaqcadan ödəniş

Aylıq ödənişin ən azı 12 misli