Tələb olunan sənədlər

Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsinin əldə edilməsi üçün tələb olunan sənədlər

• Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsini əldə etmək üçün ediləcək müraciətə ilkin tələblər:

1) ASAN xidmət mərkəzləri tərəfindən verilən gücləndirilmiş elektron imza sertifikatı

2) Elektron İpoteka və Kredit Zəmanət Sistemində gücləndirilmiş elektron imza sertifikatı ilə yaradılan elektron kabinet

3) Elektron İpoteka və Kredit Zəmanət Sistemində yaradılmış elektron kabinet sistemi ilə elektron ərizə-anket formasının doldurulması

• Satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsini əldə etmək üçün edilmiş müraciətə müsbət cavab gələndən sonra Fondun məsul əməkdaşları ilə görüş zamanı tələb olunan sənədlər:

1) kirayəçinin şəxsiyyət vəsiqəsinin surəti (onunla birgə kirayə götürüləcək yaşayış sahəsində yaşayacaq ailə üzvləri varsa, həmçinin onların şəxsiyyət vəsiqələrinin surətləri)

2) gəlirlərini təsdiq edən sənədlər (əgər kirayəçinin əlavə gəlirləri kimi ailə üzvü də müraciət edirsə, onun gəlirlərini də təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti)

 Kirayəçi fərdi sahibkar olduqda:

3. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;

4. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

    Qeyd: Tələb olunan sənədlər elektron sistem vasitəsilə, bu mümkün olmadıqda isə kağız daşıyıcılarda təqdim edilməlidir.

• Kirayə müqaviləsinin rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:

 Kirayə müqaviləsinin əsli və onun dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.