№ |
APARILAN HƏRƏKƏTİN ADI |
DÖVLƏT RÜSÜMU və XİDMƏT HAQQI |
HƏRƏKƏTİ APARAN İDARƏNİN ADI |
1 |
Satmaq
öhdəliyi ilə yaşayış sahəsinin kirayə verilməsi barədə müqavilənin təsdiqi
üçün |
dövlət rüsumu - 20 AZN |
Notariat ofisləri |
2 |
Yaşayış
sahəsi üzərində kirayəçinin kirayə hüququnun qeydiyyata alınması (qiymət hər
kv.m-ə görə hesablanır) |
dövlət rüsumu - 20 azn və xidmət haqqı -
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli 4
nömrəli Qərarı əsasında -(qiymət hər kv.m-ə görə hesablanır) |
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti |
3 |
Yaşayış
sahəsinin istifadəsi ilə bağlı yaranacaq bütün xərclər (kommunal xərclər,
yaşayış sahəsinə və ya qonşulara vurulmuş zərərin aradan qaldırılması üçün
yaranan xərclər - əgər sığorta hesab edilməyən hadisə olarsa) |
Həmin vaxt qüvvədə olan qiymətlərə və
dəymiş zərərin həcminə müvafiq olaraq |
Kommunal xidmət göstərən müəssisəslər |
4 |
Kirayə
üzrə borc tam ödənildikdən sonra daşınmaz əmlak üzərində mülkiyyət
hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi (qiymət hər kv.m-ə görə hesablanır) |
dövlət rüsumu - 30 azn və xidmət haqqı -
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli 4
nömrəli Qərarı əsasında (qiymət hər kv.m-ə görə hesablanır) |
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti |
5 |
Kirayə
yaşayış sahəsinin kirayəçinin mülkiyyətinə keçməsi ilə bağlı yaranmış
sadələşdirilmiş vergi xərci |
Vergi
Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən mülkiyyətində
olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 1 yanvar 2016-cı
ildən etibarən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə
cəlb olunur. Zonalarla bağlı tam məlumatı AR Nazirlər Kabinetinin
"Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun
olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun
qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nin təsdiq edilməsi
haqqında" 30.12.2015-ci il tarixli 412 №-li qərarından əldə etmək olar. |
Vergilər Nazirliyi |
Misal: Sizin kirayə götürdüyünüz yaşayış sahəsi Bakı
şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsində (zona 10) yerləşən binada
olan 100 kv.m-lik mənzildir. Bu zaman həmin mənzilin satışı zamanı
sadələşdirilmiş vergi bu cür hesablanır: 100 kv.m * 15 manat (verginin baza
hissəsi) * 1,2 əmsal (zona 10-un əmsalı) = 1800 manat |