26 795

verilmiş ipoteka kreditlərinin sayı

1 321 967 220

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

31 099 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

Zəmanətin alınma mərhələləri

Zəmanətin alınma mərhələləri: 

1. Kredit üçün müraciət - borcalan zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil banka “Elektron hökumət” portalında olan “Elektron ipoteka və kredit zəmanət” sistemi (elektron sistem) vasitəsilə müraciət edir.

2. Kreditin anderraytinqi - müvəkkil bank borcalanın kredit sifarişinin Qaydaların tələblərinə uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və bunların əsasında müvəkkil bankın səlahiyyətli orqanı müvafiq qərar qəbul edir. Bu qərar müvəkkil bank tərəfindən elektron sistemdə yerləşdirilir.

3. Zəmanət üçün müraciət  - müvəkkil bankın səlahiyyətli orqanının qərarı müsbət olduqda, müvəkkil bank zəmanət üçün Fonda elektron sistem vasitəsilə müraciət edir.

4. Zəmanətin verilməsi - Fond zəmanətin verilməsi üzrə müvəkkil bankın müraciəti ilə bağlı qərar qəbul edir və bu qərar elektron sistemdə yerləşdirilir.