Hal-hazirda bu xidmət hazırlanma mərhələsindədir. Qısa zaman ərzində əhalinin istifadəsinə buraxılacaq.

İpoteka krediti üzrə onlayn ödəniş

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı AÇIQ TENDERİ elan edir / 30.10.2018

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun əməkdaşlarının 2019-2021-ci illər üzrə tibbi sığortalanması ilə bağlı xidmətlərin satın alınmasına dair Açıq tender.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra- Fond) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://www.mcgf.gov.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar.

Tender üzrə prosedurlar 14 dekabr 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

  • Tenderdə iştirak etmək üçün ərizə;
  • İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • Tender təklifi;
  • Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
  • İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN,) notariat qaydasında təsdiq edilmiş surətləri;
  • Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
  • Son 3 il üzrə iddiaçının tibbi sığorta üzrə korporativ müştəriləri haqqında məlumatı - iddiaçı tərəfindən möhürlə təsdiq edilməlidir;
  • Son 3 il üzrə yığılmış sığorta haqları və verilmiş sığorta ödənişləri haqqında məlumatı
    - iddiaçı tərəfindən möhürlə təsdiq edilməlidir;
  • İddiaçının təkrar sığorta siyasəti barədə ətraflı məlumatı - iddiaçı tərəfindən möhürlə təsdiq edilməlidir;
  • İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
  • İddiaçının son maliyyə ili ərzindəki fəaliyyətinə dair müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar);
  • İddiaçının müvafiq sahə üzrə peşəkarlığını və təcrübəsini, eləcə də, texniki imkanlarını əks etdirən məlumatlar.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
  • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • Tender prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

  

Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir.

Xidmətin icra müddəti: Fondun əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlər 2019-2021-ci illər üzrə (3 il müddətinə) təqdim edilməlidir.

Tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderdə iştirak haqqı 300 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Cəmiyyətin aşağıdakı hesabına ödənildikdən sonra tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcəkdir:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 13 dekabr 2018-ci il saat 18.00-dək, tələb olunan digər sənədlər isə 03 dekabr 2018-ci il saat 18.00-dək Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin (Administrativ departamentin İnsan resursları qrupunun rəhbəri Günel Ağayeva) iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 195), Faks: (+99412) 598-11-77.

                          

Satınalmalar komissiyası

İpoteka götürənlərİn sayı
2
4
8
7
1
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
1 191 619 178 keçib.
Müvəkkil təşkilatlar