Hal-hazirda bu xidmət hazırlanma mərhələsindədir. Qısa zaman ərzində əhalinin istifadəsinə buraxılacaq.

İpoteka krediti üzrə onlayn ödəniş

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı bildirişi elan edir / 24.09.2018

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun informasiya sistemlərinə dəstək xidmətlərinin göstərilməsi üzrə xidmətlərin satın alınması ilə bağlı müddətlərdə aşağıdakı dəyişikliklər edilmişdir:

 "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq Satınalmalar komissiyası tərəfindən Açıq tender üzrə satınalmanın müddəti uzadılmışdır.

Tender üzrə ilkin sənədlərin təqdim edilmə tarixi 12 oktyabr 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı 23 oktyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Təklif zərfləri 24 oktyabr 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaqdır.

Təklifin qüvvədə olma müddəti 12 dekabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 04 fevral 2019-cu il tarixinədək müəyyən edilmişdir.

Açıq tender ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.

Satınalmalar komissiyası

İpoteka götürənlərİn sayı
2
4
0
2
5
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
1 131 505 822 keçib.
Müvəkkil təşkilatlar