Hal-hazirda bu xidmət hazırlanma mərhələsindədir. Qısa zaman ərzində əhalinin istifadəsinə buraxılacaq.

İpoteka krediti üzrə onlayn ödəniş

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı bildirişi elan edir / 07.08.2018

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun "Elektron sənəd dövriyyəsi" avtomatlaşdırılmış proqram təminatına illik texniki dəstək xidmətinin satın alınması ilə bağlı xidmət təkliflərinin cəlb olunması üzrə müddətlərdə aşağıdakı dəyişikliklər edilmişdir: 

Satınalma üzrə ilkin sənədlər 24 avqust 2018-ci il saat 18.00-dək, təklif zərfləri və təklifin təminatı isə 04 sentyabr 2018-ci il saat 18.00-dək Fondun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Təklif zərfləri 05 sentyabr 2018-ci il saat 15.00-da Fondun inzibati binasında açılacaqdır.

Təklifin qüvvədə olma müddəti 17 oktyabr 2018-ci il, təklifin təminatının qüvvədə olma müddəti 30 noyabr 2018-ci il tarixinədək müəyyən edilmişdir.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.

Satınalmalar komissiyası

İpoteka götürənlərİn sayı
2
3
1
0
1
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
1 073 205 312 keçib.
Müvəkkil təşkilatlar