Hal-hazirda bu xidmət hazırlanma mərhələsindədir. Qısa zaman ərzində əhalinin istifadəsinə buraxılacaq.

İpoteka krediti üzrə onlayn ödəniş

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu sahibkarlıq kreditləri üzrə zəmanətlərin verilməsinə başlayır / 28.06.2018

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi prosesinə başlanılması üçün zəruri təşkilati tədbirlər tam başa çatmışdır. Fond tərəfindən zəmanətlərin verilməsi üçün daxili prosedurlar, müvəkkil bankların siyahısı və zəmanət üzrə komissiyalar təsdiq edilmişdir.

Sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi ilə bağlı ilkin olaraq 8  bankla müvafiq müqavilələr bağlanılmışdır. Hazırda sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi sahəsinə digər bankların cəlbi ilə bağlı daxil olmuş müraciətlərə baxılması davam edir.

Fondun müvəkkil banklarının siyahısızəmanət üzrə komissiyalar ilə www.mcgf.az internet səhifəsindən tanış olmaq mümkündür.

Bildiririk ki, sahibkarlar (fiziki və hüquqi şəxslər) Fond tərəfindən zəmanətlərin və faiz subsidiyalarının verilməsi ilə bağlı müvəkkil banklara müraciət edə bilərlər.

İpoteka götürənlərİn sayı
2
4
8
7
1
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
1 191 619 178 keçib.
Müvəkkil təşkilatlar