Hal-hazirda bu xidmət hazırlanma mərhələsindədir. Qısa zaman ərzində əhalinin istifadəsinə buraxılacaq.

İpoteka krediti üzrə onlayn ödəniş

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin məlumatı / 27.11.2017

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən güzəştli mənzillərin ipoteka krediti hesabına satılması nəzərdə tutulmuşdur. Güzəştli mənzillərin alqı-satqı müqaviləsinin nümunəvi formasının Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ilə razılaşdırmaqla, “Azəbaycan İpoteka Fondu” ASC tərəfindən təsdiq edilməsi Qaydada müəyyən edilmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar, “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi”nin razılaşdırılması prosesi başa çatmış və müqavilənin nümunəvi forması “Azəbaycan İpoteka Fondu” ASC-nin İdarə Heyəti tərəfindən qəbul edilmişdir. Bu müqavilə vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan və mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınan mənzillərin müvafiq qaydada satışa çıxarılmasından sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi imkanı yaradılmışdır.

İpoteka götürənlərİn sayı
2
3
1
0
1
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
1 073 205 312 keçib.
Müvəkkil təşkilatlar