Hal-hazirda bu xidmət hazırlanma mərhələsindədir. Qısa zaman ərzində əhalinin istifadəsinə buraxılacaq.

İpoteka krediti üzrə onlayn ödəniş

AİF haqqında

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu  yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə isə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi təsdiq edilmişdir.

Nizamnaməyə əsasən, Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahəsi ilə təmin edilməsi mexanizmlərini yaratmaqdan, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına kömək göstərilməsi ilə bağlı işləri yerinə yetirməkdən ibarətdir. Cəmiyyət əhaliyə birbaşa ipoteka kreditlərinin verilməsi ilə məşğul olmur. Cəmiyyətin  əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir;
  2. ipoteka kreditləri üzrə zəmanətlər verir;
  3. “Elektron ipoteka” sistemini təşkil edir və onun fəaliyyətini təmin edir;
  4. istiqrazlar emissiya edir, həmçinin ipoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması, Cəmiyyətin fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsini təmin etmək üçün digər formada investisiyaların cəlb olunması üzrə fəaliyyəti həyata keçirir;
  5. Cəmiyyətin fəaliyyətinin sabitliyini və likvidliyini təmin etmək üçün maliyyə risklərini idarə edir;
  6. ipoteka kreditləşməsi məsələləri üzrə məsləhət, informasiya və digər xidmətləri, habelə ipoteka kreditlərinin verilməsində iştirak edən banklar, sığortaçılar və qiymətləndiricilər üçün tədris proqramlarını həyata keçirir. 

İpoteka kreditləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası" əsasında verilir. Qaydaya görə, Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi müvəkkil banklar tərəfindən həyata keçirilir.

 

İpoteka götürənlərİn sayı
2
4
0
2
5
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
1 131 505 822 keçib.
Müvəkkil təşkilatlar