Hal-hazirda bu xidmət hazırlanma mərhələsindədir. Qısa zaman ərzində əhalinin istifadəsinə buraxılacaq.

İpoteka krediti üzrə onlayn ödəniş

İpoteka kreditlərinə zəmanətlərin verilməsi şərtləri

İpoteka kreditlərinə zəmanətlərin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”na uyğun  tənzimlənir.  Zəmanətin verilməsinə dair şərtlər aşağıdakı kimidir: 

  1. Zəmanət  “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq rəsmiləşdirilmiş ipoteka krediti üzrə verilir;
  2. Zəmanət verilən ipoteka kreditinin məbləğinin ipoteka predmetinin müstəqil qiymətləndirici tərəfindən kreditin verilmə tarixinə müəyyən edilən qiymətinə nisbəti 60 faizdən az, 85 faizdən isə çox olmamalıdır;
  3. İpoteka krediti almaq istəyən şəxsin gəlirləri ən azı müraciətindən əvvəlki ardıcıl gələn 12 aylıq dövrü əhatə etməli və ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ ipoteka krediti almaq istəyən şəxsin aylıq məcmu gəlirinin 50 faizindən çox olmamalıdır;
  4. İpoteka krediti almaq istəyən şəxsin və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin hesablanması zamanı hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğinin 100 faizindən az götürülə bilməz. 

 Zəmanət haqları ilkin ödənişdən və kreditin müddətindən asılı olaraq birdəfəlik və hissəvi ola bilər. Zəmanət haqqı üzrə tarif dərəcələri aşağıdakı kimidir: 

Birdəfəlik ödəniş

Kreditin növü

Kreditin müddəti (il) /
K/İ[1] əmsalı

60-70%-dək

70-80%-dək

80-85%-dək

 

Güzəştli

[3-7]

0.80%

1.00%

1.20%

(7-15]

0.80%

1.00%

1.20%

(15-30]

0.80%

1.00%

1.20%

 

Adi

[3-7]

1.85%

2.65%

3.45%

(7-15]

2.25%

3.05%

3.85%

(15-25]

2.65%

3.45%

4.25%

 

Hissəvi ödəniş

Kreditin növü

Kreditin müddəti (il)/
K/İ əmsalı

60-70%-dək

70-80%-dək

80-85%-dək

 

Güzəştli

[3-7]

0.20%

0.25%

0.30%

(7-15]

0.20%

0.25%

0.30%

(15-30]

0.20%

0.25%

0.30%

 

Adi

[3-7]

0.40%

0.60%

0.80%

(7-15]

0.50%

0.70%

0.90%

(15-25]

0.60%

0.80%

1.00%

 

 

 

[1] K/İ əmsalı – ipoteka kreditin məbləğinin ipoteka predmetinin dəyərinə nisbəti

İpoteka götürənlərİn sayı
2
3
1
0
1
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
1 073 205 312 keçib.
Müvəkkil təşkilatlar